Səudiyyə Ərəbistanı kulubları Məhəmməd Salahdan əl çəkmirlər
"Liverpul" kulubunun ulduz futbolçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı kulublarının 200 milyon avroluq təklifini geri çevirib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, misirli futbolçunu transfer etmək istəyən "Əl Hilal" kulubu Məhəmməd Salah üçün rekord həddə təklif hazırladığını bildirib.
Hücumçu isə "Liverpul"da qalmaq istədiyini və Səudiyyə Ərəbistanı kulublarına transfer olmayacağını bildirib.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul" forması ilə çıxdığı 22 oyunda 14 qol 8 asistlə yadda qalıb.