"Sevilya"da yeni futbolçu

İspaniyanın "Sevilya" klubu yeni transferini açıqlayıb.

Sportline.az xəbər verir ki, əndəlüsiyalılar "Leqanes"in hücumçusu Yusif Əl-Nəsirini transfer edib. 22 yaşlı hücumçu ilə 5,5 illik müqavilə imzalanıb. "Sevilya" bu keçid üçün 20 milyon avro təzminat ödəyib.

"Leqanes" Mərakeş millisinin üzvünü 2018-ci ildə "Malaqa"dan 6 milyon avroya transfer etmişdi.