Seydu Dumbiya "Jirona"dan ayrıldı

İspaniyanın "Jirona" klubu hücumçusu Seydu Dumbiya ilə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Fil Dişi Sahili millisinin üzvü "Yanq Boyz", ÇSKA (Moskva), "Nyukasl", "Bazel", "Sportinq" kimi klublarda çıxış edib. Dumbiyanın "Jirona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.