"Şaxtyor"un baş məşqçisi bilindi
Ukraynanın "Şaxtyor" komandasının yeni baş məşqçisi açıqlanıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu vəzifə bosniyalı Marino Puşiçə həvalə olunub.
52 yaşlı mütəxəssislə 2026-cı ilədək müqavilə imzalanıb.
Puşiçin son iş yeri "Feyenord" olub.
O, Niderland klubunda baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Marino Puşiç Donetsk təmsilçisində Patrik van Leuveni əvəzləyib.