"Şəhərlilər"dən 3 xal

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Brayton"la qarşılaşıb. "Şəhərlilər" qonaqları əliboş yola salıblar - 2:1.

Meydan sahiblərindən Xulian Alvares və Erlinq Haaland fərqlənib. "Brayton"un təsəlli qoluna Ansu Fati imza atıb..

"Şəhərlilər" bununla da çempionata liderlik edirlər.