Şeydayev oynadı, "Trabzonspor" qələbə qazandı

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Türkiyə kubokunda növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, Qara dəniz təmsilçisi  "Çorum Bələdiyyəspor”la qarşılaşıb.

Matç "Trabzonspor"un qələbəsi ilə yekunlaşıb - 2:1.

Start heyətində oyuna daxil olan Şeydayev 45 dəqiqə meydanda olub. Baş məşqçi Ərsun Yanal fasilədən sonra onu Mehmet Ekici ilə əvəzləyib.