ŞOK İDDİA: "Əl-Nəsr" növbəti mövsüm Çempionlar Liqasına gələ bilər
Jurnalist Əli Əl-Hərbi şok iddia ilə çıxış edib.
Sportline.az xəbər verir ki, məşhur media nümayəndəsinin sosial şəbəkədə yazdığına görə, UEFA 2024/2025-ci illər mövsümündə "Əl-Nəsr"i Çempionlar Liqasına dəvət etmək istəyir.
"UEFA ən populyar üç futbol klubundan biri olduğu və Avropa qitəsində böyük populyarlıq qazandığı üçün "Əl-Nəsr" klubuna 2024-cü ildə Çempionlar Liqasında iştirak etmək üçün dəvət göndərmək niyyətindədir" - deyə Əl-Hərbi bildirib.
Qeyd edək ki, "Əl-Nəsr"də Kriştiano Ronaldo, Sadio Mane, Aleks Telles, Marselo Brozoviç, Anderson Talişka,Seko Fofana və Otavio kimi ulduzlar çıxış edir.