"Ştutqart"ın seriyası qırıldı
"Ştutqart" Bundesliqanın 9-cu turunun matçında evdə "Hoffenhaym"a uduzub - 2:3.
Sportline.az xəbər verir ki, “göy-ağlar”dan qolları Qrişa Premel, penaltini dəqiq yerinə yetirən Vout Veqorst və Robert Skov vurub. Meydan sahiblərinin heyətində Kris Furiç və Denise Undav hərəyə bir qol vurub.
“Ştutqart” Almaniya çempionatında ardıcıl altı qələbə seriyasını yarımçıq qoyub və turnir cədvəlində 3-cü pilləyə düşüb (21 xal). "Hoffenhaym" 5-ci pilləyə yüksəlib (18 xal).
Günün digər oyununda Mönhenqladbax "Borussiya"sı "Haydenhaym"a qalib gəlib (2:1). "Auqsburq" "Volfsburq"u darmadağın edib (3:2).