Şumaxer "Mersedes"dəki durumu açıqladı

Sabiq Formula 1 pilotu Ralf Şumaxer "Mersedes" komandasındakı hazırkı durumdan narahatlığını izhar edib.

Sportline.az xəbər verir ki, Şumaxer vəziyyətlə bağlı Motorsport-Total-a açıqlamasında bunları deyib:

"Komanda dağılmasa da, işlərin qaydasında olmadığı açıq-aydın görünür. Pilotların heç biri xoşbəxt görünmür. Corc Rassel həyəcanlıdır. Buna görə də, çox səhvlər eləyir, özünü aqressiv aparır. Komandada görüləcək çox işlər var".

O, hazırkı qarışıq durumun komandan rəhbəri Tot Volfun da psixoloji vəziyyətinə mənfi təsir etdiyini vurğulayıb.

Qeyd edək ki, mövsümün sonuna 1 yürüş qalmış "Mersedes"in pilotları Luis Hemiltonla Corc Rassel müvafiq olaraq 3-cü və 8-ci yerlərdə qərarlaşıblar.