Şumaxerin faciəsinin səbəbi açıqlandı

Almaniyanın "Norddeutscher Rundfunk" telekanalının jurnalisti Yens Gideon Formula 1-in əfsanəsi Mixael Şumaxerin yaşadığı faciənin izinə düşdüyünü bildirib.

Sportline.az xəbər verir ki, o, Şumaxerin təxminən on il əvvəl dağ xizəyi kurortunda başından zədələnməsinin səbəbini araşdırıb.

Bu məsələ ilə bağlı çox admla söhbətləşdiyini deyən Gideon həmin gün faciə baş verən ərazinin olduqca əlverişsiz olduğunu bildirib.

"Siz belə bir gündə ora getməzdiniz. Ərazidə qar kifayət qədər deyilmiş. Bu isə olduqca təhlükəli sayılır.

Şumaxer bu rayonu beş barmağı kimi tanıyırdı. Bununla belə faciə qaçılmaz olub. Görünür onun xizəyi qarın altındakı daşa ilişdiyindən qəzadan yaxa qurtara bilməyib", - deyə Gideon bildirib.