Skoulz "Qalatasaray" fanatlarını qəzəbləndirib
“Mançetser Yunayted”in keçmiş futbolçusu Poul Skouls “Qalatasaray”ın Çempionlar Liqasında ən zəyif komanda olduğunu deyib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, məşhur ingiltərəli dəvət olunduğu “Champions League” verlişində “qırmızı şeytanlar”ın “Qalatasaray”la görüşdəki məğlubiyyətindən danışarkən “Belə yarışlarda öz evində qələbə qazanmalı, səfərdə isə ən azından heç-heçə etməlisən ki, uğur qazanasan. “Qalatasaray” hazırda ən zəif komandadır. “Kopenhagen” məni daha çox qorxudur. Erik Ten Haq mütləq qələbə qazanmalı olduğu oyunlarda lazımı nəticə əldə edə bilmir. “Qalatasaray”ın qrupdan çıxma ehtimalı yalnız 50%-dir”, - deyib.
Qeyd edək ki, “Mançetser Yunayted” “Old Trafford”da keçirilən görüşdə “Qalatasaray”a 2-3 hesabı ilə məğlub olmuşdu.