"Southempton" futbolçusunu 35 milyon avroya satmağa hazırdır
"Sounthempton"un ingiltərəli futbolçusu Tayler Diblinq klubdan ayrılmağa yaxındır.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Diblinq üçün qarşı tərəfə 35 milyon avro təklif edib.
"Sounthempton"un rəhbərliyi bu təklifə müsbət cavab verib.
Qeyd edək ki, Diblinq bu mövsüm çıxış etdiyi 32 matçda 4 qol və 3 asistlə yadda qalıb.