"Sounthempton" ingiltərəli futbolçu üçün 100 milyon avro tələb edir
"Sounthempton" ingiltərəli futbolçusu Tayler Diblinqin transfer qiymətini açıqlayıb.
Sportline.az "Telegraph" nəşrinə istinadən istinadən xəbər verir ki, "Sounthempton" Diblinq üçün 100 milyon avro tələb edir.
"Tottenhem" və "Mançester Siti" 19 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Diblinqin "Sounthempton"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
O cari mövsüm çıxış etdiyi 30 matçda rəqib qapılarından 4 top keçirib.