Paytaxt klubu zədəli futbolçunu ona dəyişmək istəyir
Moskva “Spartak”ı heyətini gücləndirmək üçün futbolçu axtarışındadır.
Sportline.az "Metaratings.ru"ya istinadla xəbər verir ki, paytaxt klubu Braziliya “Bahia”sında Joanner Çavesi hədəfləyib.
Tomas Tavaresin zədələnməsindən sonra "Spartak" rəhbərliyi sol cinah müdafiəçisini komandada görmək istəyir.
Bu mövsüm Çaves icarə əsasında çıxış etdiyi "İndependyente"nin heyətində 10 oyuna 1 qolla yadda qalıb.