"Sportinq" Gyökeresi 58 milyon avroya satmağa hazırdır

"Sportin" isveçli futbolçusu Viktor Gyökereslə bağlı qərar verib.

Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya klubu Gyökeresi 58 milyon avro qarşılığında satmağa hazırdır.

"Mançester Yunayted", "Arsenal" və "Çelsi" 26 yaşlı forvardla yaxından maraqlanır.

Qeyd edək ki, Gyökeresin "Sportinq"lə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 40 qol və 10 məhsuldar ötürmə müəllifi olub.