Stadionda Hitlerin şəkli yayımlandı, aləm qarışdı...

ABŞ-də amerikan futbolu matçı zamanı qalmaqal yaşanıb.

Sportline.az CNN-ə istinadla xəbər verir ki, Miçiqan ştatındakı "Spartan" arenasında oyundan qabaq tabloda Adolf Hitlerin şəkli yayımlanıb.

Qalmaqala səbəb olan foto dərhal tablodan çıxarılıb. Sonradan məlum olub ki, Miçiqan Universitetinin oyununda təşkil olunan əyləncəli viktorinada azarkeşlərdən Adolf Hitlerin hansı ölkədə doğulmasının tapılması tapşırılıb.

Universitet nümayəndələri dərhal üzr istəyib və viktorinanı təşkil edən şirkətlə müqaviləyə xitam veriləcəyini bildiriblər.