Sterlinq "Arsenal"da qalmayacaq

"Arsenal"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Rahim Sterlinq mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Sterlinqin birdəfəlik transfer hüququna yiyələnmək istəmir.

30 yaşlı futbolçu bu mövsüm "Arsenal"ın heyətində çıxış etdiyi 24 matçda 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Sterlinq müqavilə əsasında "Çelsi" klubuna məxsusdur.