Stoiçkov "Qızıl top"a namizədini açıqladı
Bolqarıstan futbolunun canlı əfsanəsi Xristo Stoiçkov "Qızıl top"a namizədini açıqlayıb.
Sportline.az Onda Cera nəşrinə istinadla xəbər verir ki, "Barselona"nın sabiq forvardı bu mükafata Lionel Messini layiq görüb.
Onun fikrincə "İnter Mayami"nin hücumçusu bu il ən güclü futbolçu adını haqq edib.
"Qızıl top"un təqdimetmə mərasimi oktyabrın 30-da Parisdə təşkil olunacaq.
Qeyd edək ki, Stoiçkov 1994-cü ildə bu mükafata layiq görülüb.
Messinin kolleksiyasında isə 7 "Qızıl top" var.