Stokholm turnirində qalib məlum oldu

Stokholm turnirində final görüşü keçirilib.

Sportline.az xəbər verir ki, oyun 2 saat 14 dəqiqə davam edib.

İlk dəqiqələrdən üstünlüyü ələ alan Amerika Birləşmiş Ştatları təmsilçisi Tommi Poul birinci setdə qalib gəlib: 6:4.

Sonradan təşəbbüsə yiyələnən kanadalı tennisçi Denis Şapovalov 6:2 hesablı qələbə qazanaraq tarazlığı bərpa edib. Geridönüşə ümid edən kanadalı bunu bacara bilməyib.

Tommi Poul sonuncu setdə də 6:4 hesabı ilə qalib gələrək Stokholm turnirinin kubokunu qazanıb.