Stolüstü tennisçilər İsamiadada daha bir mükafat qazanıblar
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.
Sportline.az-a ASTF-dən verilən məlumata görə, seçmə komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər.
Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülmüşdü.