Suarez "Barselona"dan gedir

"Barselona"nın futbolçusu Denis Suarez karyerasını Fransada davam etdirəcək. SportLine.az xəbər verir ki, onun "Monako"ya keçmə ehtimalı yüksəkdir.

"L'Equipe" nəşrinin məlumatına görə, Kataloniya klubu da qış transfer pəncərəsində futbolçunu satmaq barədə düşünür.

"Monako"nun D.Suarezlə qeyri-rəsmi razılıq əldə etdiyi bildirilir.

Qeyd edək ki, D.Suarez bu mövsüm La Liqada cəmi 1 matçda meydana çıxıb.