Suareslə Messi yenidən birlikdə oynaya bilər

Bir vaxtlar "Barselona"da çıxış edən Lionel Messi və Luis Suares yenidən bir araya gələ bilər.

Sportline.az "Marca"ya istinadla xəbər verir ki, hazırda Braziliyanın "Qremio" klubunun şərəfini qoruyan uruqvaylı forvard gələn il "İnter Mayami"yə keçə bilər.

Suares yanvarda "Qremio" ilə vidalaşacaq. O, keçmiş komanda yoldaşları Lionel Messi, Jordi Alba və Serxio Busketslə eyni komandada oynamaq niyyətindədir.