TalkSPORT-un eksperti Ceyson Kandi: "Utanmalıdırlar"
İngiltərənin TalkSPORT verlişinin eksperti Ceyson Kandi "Mançester Yunayted"in baş məşqçisi və futbolçularını tənqid edib.
Sportline.az TalkSPORT.com-a istinadla xəbər verir ki, ekspert verliş zamanı Erik Ten Haq və onun komandasını sərt şəkildə tənqit etməyə başlayıb. Ceyson Kandi açıqlamasında: "Old Trafford"-a gələn azarkeşləri məyus etdilər. Çempionlar liqasını sonuncu pillədə bitirmək köklü kulub üçün utanc vericidir. Erik Ten Haq və onun komandası utanmalıdır",-deyib.
Qeyd edək ki, "Mançester Yunayted" Çempionlar liqasının qrup mərhəlsininin sonuncu oyununda "Bavarya"ya 0-1 hesabı ilə məğlub olaraq Avrokuboklarla vidalaşıb.