Tayler Holl: "İlk dəfə Messini görəndə..."

"Inter Mayami"nin  17 yaşlı futbolçusu Tayler Holl Lionel Messi ilə ilk görüşdə yaşadığı hissləri bölüşüb.

Sportline.az xəbər verir ki, o, FİFA-nın saytına müsahibəsində hər şeyin xəyal olduğunu düşündüyünü bildirib.

"Messinin gəldiyi ilk gün hər şey qeyri-real görünürdü. Sanki mən video oyunundaydım. Bəzən onun yanımda olması məni heyrətləndirirdi. Sonradan uyğunlaşmağa başladım. Messi əla adamdır. Bütün gənc oyunçularla çox yaxşı ünsiyyət qurur".

Qeyd edək ki, Messi bu yay "Inter Mayami"yə transfer olunub.

Komanda çempionatın nəticələrinə əsasən Şərq konfransında 14-cü yeri tutsa da, Liqa kubokuna sahib çıxıb.