Ten Haqdan qələbə şərhi

İngiltərə Premyer Liqasında "Mançester Yunyated" səfərdə "Şeffild Yunayted"i çətinliklə də olsa, məğlub edib - 2:1.

Sportline.az BBC-yə istinadla xəbər verir ki, "qırmızı şeytanlar"in baş məşqçisi Erik ten Haq 3 xal qazandıqları matçı belə şərh edib.

“Təbii ki, qələbəyə sevindik. Birinci hissə bizim tərəfimizdən ən yaxşısı olmasa da, ikinci hissədən oyuna nəzarət etdik və gözəl qolla qalib gəldik. "Şeffild Yunayted" çox enerjili idi və gözləmədiyimiz formada oynadı. Amma uyğunlaşa bildik. İngiltərə çempionatında hər xal üçün mübarizə aparmalısan, çünki heç nə asan olmur”, - deyə Ten Haq BBC-yə açıqlama verib.