Formula-1: Təsnifat yürüşü başa çatdı
Formula -1 üzrə Avropa qran-prisində təsnifat yarışı başa çatıb. SportLine.az xəbər verir ki, yürüş "Mersedes"in pilotu Niko Rosberqin qələbəsi ilə yekunlaşıb. Bugünkü yürüşdə 11 komandanın 22 pilotu - Luis Hamilton, Niko Rosberq (“Mercedes”), Sebastian Vettel, Kimi Raykkonen (“Ferrari”), Felipe Massa, Valtteri Bottas (“Williams”), Daniel Rikkiardo, Daniil Kvyat (“Red Bull Racing”), Niko Hyulkenberq, Serxio Peres (“Force İndia”), Kevin Maqnussen, Jolion Palmer (“Renualt”), Maks Verstappen, Karlos Saynz (“Toro Rosso”), Markus Eriksson, Felipe Nasr (“Sauber”), Fernando Alonso, Censon Batton (“McLaren”), Paskal Verlyayn, Rio Haryanto (“Manor”) , Romen Qrojan və Esteban Qutyerres (“Haas”) 6 km-lik Bakı trekində bacarığını göstərir. Xatırladaq ki, Avropa qran-prisinin qalibi sabah müəyyənləşəcək.
TOP 10:
1. Niko Rosberq (“Mercedes”)
2. Serxio Peres (“Force İndia”)
3. Daniel Rikkiardo (“Red Bull Racing”)
4. Sebastian Vettel (“Ferrari”)
5. Kimi Raykkonen (“Ferrari”)
6. Felipe Massa (“Williams”)
7. Daniil Kvyat (“Toro Rosso”)
8. Valtteri Bottas (“Williams”)
9. Maks Ferstappen ("Red Bull Racing")
10. Lüis Hamilton (“Mercedes”)
Qeyd edək ki, Bakı Qran Prisi mövsümün 8-ci yarışıdır. Bunadək keçirilən yarışların ümumi nəticələrinə əsasən, “Mersedes” komandası liderdir. “Ferrari” 2-ci, “Red Bull Rasinq” 3-cüdür. Pilotların siyahısına isə Niko Rozberq başçılıq edir. Lüis Hamilton 2-ci, Sebastyan Fettel 3-cü pillənin sahibidir.