TFF "Çaykur Rizespor"a sonuncu dəfə xəbərdarlıq edib

TFF "Çaykur Rizespor"a sonuncu dəfə xəbərdarlıq edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyası Qara dəniz təmsilçisinə stadionla bağlı xəbərdarlıq edib. 

TFF rəsmiləri xəbərdarlıqda :"Stadion tamamən yararsızdır. Məşq etmək və ya oyunlar keçirmək olmaz. Stadion ən qısa müddətdə əvvəlki vəziyyətini bərpa etməyəcəyi təqdirdə mart ayının 18-də bağlanacaq.",-deyiblər.

Qeyd edək ki, "Çaykur Rizəspor" klubunun rəsmiləri isə stadionu təmir edəcək gücə sahib olmadıqları ilə bağlı məlumat veriblər.