Tomas Müllerin atı Olimpiadada Almaniyaya çempionluq qazandırıb

"Bavariya"nın futbolçusu Tomas Müllerin ikinci ən böyük maraq dairəsi atçılıqdır.

Sportline.az xəbər verir ki, bu sevgi ona peşəkar jokey olan həyat yoldaşından keçib.

Müllerin atlarından biri bugünlərdə Almaniyaya Paris olimpiadasının qızıl medalını qazandırıb.

Belə ki, Kristian Kukuk olimpiadanın konkur yarışlarımda baş mükafata məhs Müllerin "Çekker" adlı atı ilə layiq görülüb.

Qeyd edək ki, atçılığa olan marağı Müllerlər ailəsinin bu işlə daha geniş formada məşğuliyyətinə gətirib çıxarıb.

Onlar hazırd Almaniyanın ən böyük atçılıq fermalarından birinə malikdirlər.