Toni Kroos etiraf elədi
Almaniya futbolunun son illərdə ən məşhur simalarından sayılan Toni Kroos maraqlı açıqlamalarla gündəmə gəlib.
Sportline.az xəbər verir ki, "Bavariya" və "Real"ın sabiq yarımmüdafiəçisi peşəkar karyerasında əsas motivasiya mənbəyinin atası olduğunu deyib.
"İlham mənbəyim ailəm olub. Amma əldə etdiklərimə görə atama borcluyam. O, mənim yoluma işıq salıb. 15 yaşımda da, 35 yaşımda da, hər oyundan sonra onunla məsləhətləşirdim", - deyə Kroos "Marca"ya müsahibəsində bildirib.
Qeyd edək ki, karyerasını 35 yaşında bitirən futbolçunun aktivində 33 titul var.