Toplanışlara qəlyanla yollanan futbolçu

"Çelsi", CSKA, "Zenit" və Rusiya millisinin sabiq futbolçusu Yuri Jirkov maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, milli komandanın təlim-məşq toplanışlarına özü ilə qəlyan götürdüyünü etiraf edib.

Jirkovun sözlərinə görə, o, bunu gizli şəkildə həyata keçirirmiş.

"Mən qəlyanı sevirəm. Millidə oynayarkən bəzən özümlə təlim-məşq toplanışına aparırdım. Məşqçilər icazə vermirdilər, amma mən çəkmək istəyirdim. Bu yalnız milli komandada olarkən baş verib. Klublarda qadağaları pozmamışam", - deyə Jirkov RB Sport-a açqılamasında bildirib.