"Tottenhem" "Çelsi"yə 30 milyon avro təklif edib

"Tottenhem" "Çelsi"nin futbolçusu Renato Veyqa üçün rəsmi təklif göndərib.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" Veyqa üçün "Çelsi"yə 30 milyon avro təklif edib.

21 yaşlı futbolçu hazırda İtaliyanın "Yuventus" klubunda icarə əsasında çıxış edir.

Qeyd edək ki, Veyqa bu mövsüm çıxış etdiyi 27 matçda 2 qol 1 asistlə yadda qalıb.