“Tottenhem” və “Nyukasl Yunayted” transfer yarışına girib

“Vest Hem Yunayted”in qanalı futbolçusu Mohamed Kuduz mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az “Ghana Soccernet”ə istinadən xəbər verir ki, “Tottenhem” və “Nyukasl Yunayted” M.Kuduzun xidmətində maraqlıdır.

“Vest Hem”in rəhbərliyi 24 yaşlı futbolçu üçün 85 milyon avro tələb edir.

Qeyd edək ki, Kuduz cari mövsüm çıxış etdiyi 28 matçda 3 qol və 3 asistlə yadda qalıb.