"Tottenhem"dən ağır zədə
"Tottenhem"in baş çalışdırıcısı Ange Postekoqlou Ceyms Meddisonun zədəsi barədə danışıb.
Sportline.az "The Athletic"ə istinadla xəbər verir ki, mütəxəssis futbolçunun ili başa vurduğunu deyib.
“Meddison üçün yaxşı xəbər deyil. O, ayaq biləyindən zədələnib. Çox güman ki, o, bu il bir daha oynamayacaq”, - deyə Postekoqlou bildirib.