"Brentford" "Tottenhem"in futbolçusunu icarə əsasında transfer etmək istəyir

"Tottenhem" klubunda çıxış edən ispaniyalı futbolçu icarə əsasında "Brentford" klubuna trasnfer olunacaq. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 27 yaşlı cinah müdafiəçisi Serxio Requlyon "Brentford" klubuna keçəcək. "Arılar" zədələnən Aron Hikinin yerinə Requlyonu heyətə cəlb etmək istəyiblər. 

Serxio Requlyon bu mövsüm "Tottenhem" klubunda əsas heyətdə yer al bilmədiyi üçün  təklifi qəbul edib.

Qeyd edək ki, Serxio Requlyon bu mövsüm "Tottenhem" forması ilə cəmi 12 matçda meydana çıxıb.