"Tottenhem"in futbolçusu yaşıl meydanlardan uzaq qaldı
Bu mövsüm yeganə məğlubiyyətini "Çelsi" ilə görüşdə alan "Tottenhem"in futbolçusu Rişarlison zədələndiyi üçün yaşıl meydanlardan uzaq qalacaq.
Sportline.az "Goal.com"a istinadla xəbər verir ki, brazilyalı futbolçunun qasıq nahiyəsindən aldığı zədə ağırlaşıb.
Bu səbəbdən futbolçu təcili olaraq əməliyyat olunub və uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, "Tottenhem" "Çelsi" ilə görüşdə 1:4 hesablı məğlubiyyətlə barışmalı olub