"Trabzonspor", "St. Qallen" matçı üçün heyətini açıqlayıb
UEFA Avropa Liqasında səfərdə "St.Qallen" ilə qarşılaşacaq "Trabzonspor"un İsveçrəyə aparacağı heyət bəlli olub.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, heyətdə 24 oyunçu yer alıb. Antoni Nvakaeme oyun öncəsi heyətdən çıxarılıb.
Klubdan verilən açıqlamada təcrübəli futbolçunun aşağı sol əzələsində zədə aşkarlandığı bildirilib.
Xatırladaq ki, "St.Qallen" - "Trabzonspor" oyunu avqustun 22-də saat 23:00-da başlayacaq.Cavab qarşılaşması 1 həftə sonra Trabzonda olacaq.