"Trabzonspor" yarımmüdafiəçi ilə yollarını ayırmaq qərarına gəlib
"Trabzonspor" klubu 25 yaşlı yarımmüdafiəçi Abdülkadir Ömür ilə yollarını ayıracağını açıqlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, komandanın baş çəşqçisi Abdullah Avcı futbolçunun performansından narazı qaldığı üçün Abdülkadir Ömürün göndərilməsini tələb edib.
"Bordo-mavilər"in rəsmiləri futbolçu üçün gələn təklifləri dəyərləndirəcəyini və transferə icazə verəcəklərini bildiriblər.
Qeyd edək ki, Abdülkadir Ömür karyerasını İspaniya ya da Fransa liqasında davam etdirə bilər.