"Trabzonspor"a son dəqiqə şoku

Türkiyə Super Liqasında 4-cü tura start verilib.
 
Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
 
“Ankaragücü” “Kayserispor”u qəbul edib və 0:1 hesabı ilə uduzub. “Trabzonspor” isə səfərdə “Qaziantep”lə heç-heçə edib - 1:1.
 
2 oktyabr
 
"Ankaragücü" – "Kayserispor" - 0:1
Qol
: Parlak, 42
 
"Qaziantep" – "Trabzonspor" -  1:1
Qollar
: Maksim, 90+2-pen – Kampi, 64

Qeyd edək ki, hazırda "Kayserispor" 6 xalla 7-ci, "Trabzonspor" 5 xalla 10-cu, "Qaziantep" 3 xalla 15-ci və "Ankaragücü" 1 xalla 16-cıdır. "Fatih Karamgümrük", "Alanyaspor", "Qalatasaray", "Antalyaspor", "Hatayspor" 7 xalla 1-5-ci pillələri bölüşdürür.