Trampın hərəkəti Palmeri çağqın vəziyyətə salıb
Klublararası dünya çempionatının qalibi Koul Palmer mükafatlandırma mərasimindən təəssüratlarını bölüşüb.
Sportline.az xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampın mərasimə qatılmasını və sonadək podiumda qalmasını çaşqınlıqla qarşılayıb.
"Onun oyunu izləyəcəyini bilirdim, amma mükafatlandırma mərasimində olacağı haqqında məlumatım yox idi", - deyə Palmer gözlənilməz vəziyyətdən doğan təəccübünü gizlətmətib.
Xatırladaq ki, Palmer "Çelsi"nin PSJ üzərində 3-0 hesablı qələbə qazandığı oyunda iki qol, bir asist müəllifi olub.