Tribunaları doldurmaq üçün pulsuz bilet paylanıldı
Kot - Divuarda Afrika Millətlər Kuboku yarışı davam edir.
Sportline.az xəbər verir ki, Əlcəzair - Anqola matçında maraqlı məqam üzə çıxıb.
"RMC Sport"un yaydığı məlumata görə oyunun keçirildiyi Buake şəhərinin meri tribunaları doldurmaq üçün azarkeşlərə pulsuz bilet paylayıb.
Qeyd edək ki, anşlaqla yadda qalan görüş 1-1 hesabı ilə başa çatıb.