Trinkao karyerasını İngiltərədə davam etdirə bilər
"Mançester Yunayted" "Sportinq"in portuqaliyalı futbolçusu Fransisko Trinkaonu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
İngiltərə klubu Trinkao üçün mövsümün sonunda "Sportinq"ə rəsmi təklif göndərəcək. 25 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 27 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Trinkao bu mövsüm "Sportinq"in heyətində 43 rəsmi matçda iştirak edib. Aktivində 9 qol və 15 məhsuldar ötürmə var.