Tyuram: "Burada çox xoşbəxtəm"
"Burada çox xoşbəxtəm".
Sportline.az xəbər verir ki, bunu "Torino" ilə matçda fərqlənən "İnter"in futbolçusu Markus tyuram "Football Italia"ya danışarkən deyib.
“A Seriyasında səfərdə hər oyun çox çətin keçir. İlk hissədə çətinlik çəksək də, ikinci yarıda üç qol vuraraq qalib gəldik. Yarımmüdafiədə bir neçə şeyi düzəltdik və bundan sonra oyun daha da yaxşı oldu. Denzel Dümfries əla oyunçudur, onunla komanda yoldaşı olmaqdan zövq alıram və o, mənə qol vurmağa kömək etdi. Mən burada çox xoşbəxtəm. Bilirdim ki, “İnter” möhtəşəm komandadır və komandama bacardığım qədər kömək etməkdən məmnunam”, – deyə Tyuram "Football Italia"ya danışıb.