"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də

"Turan Tovuz" ayrılan Ayxan Hüseynovun yeni klubu bəlli olub.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü "Zirə"yə keçib.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Hüseynov "Zirə"dən başqa, Rusiyanın “Leninqradetç”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu” və “Ximki” klublarında çıxış edib.

Banner