Türk basketbolçudan yüksək göstərici
“Klevlend Kavaliers”in türkiyəli basketbolçusu Cedi Osman “Orlando Məcik” ilə qarşılaşmada mükəmməl çıxışı ilə yadda qalıb.
Sportline.az xəbər verir ki, 22 dəqiqə meydançada olan Cedi 19 xal, 5 ribaund, 4 asist ilə komandasının ən məhsuldar 2-ci oyunçusu olub.
Qeyd edək ki, “Klevlend Kavaliers” pley-of mərhələsinə vəsiqəni təmin edib.