Türkiyə Futbol Federassiyası qanunda dəyişiklik edəcək

Türkiyə Futbol Federasiyası baş hakim Umut Melerin yaşadığı hadisədən sonra qanunda dəyişiklik etmək qərarına gəlib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, TFF rəsmiləri 6222-ci maddəni dəyişmək qərarına gəliblər. 

Ədliyə Naziri Yılmaz Tunç açıqlamasında: “İdmanda zorakılığın və iğtişaşların qarşısının alınması haqqında” 6222 nömrəli qanunda qadağan olunmuş hərəkətləri törədən şəxslərə qarşı cinayət müddəalarını çəkindirmə baxımından yenidən qiymətləndirəcəyik",-deyib. 

Qeyd edək ki, TFF prezidenti Mehmet Büyükekşi dəyişkliklərin olunmasının ölkə futbolu üçün önəmli addım olduğunu bildirib.