Türkiyə Futbol Federassiyasında vəziyət gərgindir
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşidən məmnun olmayan 3 klub istefa tələb edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Fatih Karagümrük", "Kasımpaşaspor" və "İstanbulspor" klubuları prezidentin istefasını tələb etsələr də "Qalatasaray" və "Fənərbağça" rəhbərliyi bu addımın gərəksiz olduğunu bildirib.
"Sarı-qırmızlar"ın prezidenti Dursun Özbek açıqlamasında : "Seçkilər 6 aya öncə keçirildi və Mehmhet Büyükekşini biz prezident təyin etdik. İndi istefanı tələb etmək yanlış addımdır",-deyib.
"Sarı-lacivərtlər"in prezidenti Ali Koç da açıqlama verərək : "Bütün bu hadisələr hər birimizin günahıdır. Sadəcə TFF-nin proflemi deyil. Hər şeyi zamana buraxaq",-deyib.
Qeyd edək ki, TFF-nin prezidenti Mehmet Büyükekşi klublar tistefa tələb edərsə vəzifəsindən ayırlmağa hazır olduğunu bildirib.