Türkiyə klubu qanalı futbolçunu transfer edib
Türkiyənin "Konyaspor" klubu qanalı yarımmüdafiəçi ilə razılıq əldə edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 26 yaşlı Emmanuel Boatenq sağlamlıq yoxlanışından keçmək üçün "Konyaspor"un bazasına gəlib. "Yaşıllar" futbolçu ilə 2+1 illik müqaivlə imzlayacağını bildirib.
Emmanuel Boatenq İsveçin "Elfsborq" klubunda çıxış etdiyi 23 oyunda 1 qol 2 asistlə yadda qalıb.
Qeyd edək ki, qanalı futbolçu bu mövsüm "Elfsborq" klubunun forması ilə cəmi bir dəfə meydana çıxıb.