Türkiyə klubuna müvəqqəti olaraq transfer icazəsi verilib
Türkiyənin "Samsunspor" klubu yenidən futbolçu transfer edə biləcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, klub prezidenti Yüksel Yıldırım məsələ ilə bağlı açıqlamasında :"Komandamıza 2 illik transfer qadağası qoyulmuşdu. Bu gündən etibarən qadağa müvəqqəti olaraq götürülüb və yenidən transfer edə biləcəyik",-deyib.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası "Samsunspor" klubunua 2023/24 mövsümünün sonundan 2025-ci ilədək yeni futbolçu trasnfer etmək qadağası qoyub.