Türkiyə məhkəməsi israilli futbolçuyla bağlı yekun qərarını verib
Türkiyə məhkəməsi israilli hücumçu Saqiv Yexezkellə bağlı yekun qərarını açıqlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, o sorğu-sualdan sonra sərbəst buraxılıb. İsrail rəsmiləri futbolçunun ən qısa müddət ərzində ölkəyə göndərilməsini tələb ediblər.
"Antlayaspor" klubu Saqiv Yexezkelin müqaviləsinə xitam verib. Futbolçu isə açıqlamsında :"Mən yanlış bir şey etdiyimi düşünmürəm. Sadəcəmüharibə şəraitinin bitməsini istədiyim üçün belə bir addım atdım",-deyib.
Qeyd edək ki, "Antalyaspor" klubu Saqiv Yexezkellə bağlı paylaşımlarını instaqram səhifəsindən silib.