Türkiyə millisinin AVRO 2024 üçün yekun heyəti bəlli olub

Türkiyə millisi 26 nəfərlik heyətini UEFA-ya təqdim edib.

Sportline.az xəbər verir ki, Abdülkadir Ömür, Berat Özdemir, Can Uzun, Cenk Özkaçar, Doğan Alemdar və Oğuz Aydın heyətdə yer almayıb.

Qapıçılar: Altay Bayındır ("Mançester Yunayted"), Mert Günok ("Beşiktaş"), Uğurcan Çakır ("Trabzonspor")

Müdafiəçi: Mert Müldür, Ferdi Kadıoğlu ("Fənərbaxça"), Zeki Çelik ("Roma"), Abdülkerim Bardakcı ("Qalatasaray"), Ahmetcan Kaplan ("Ayaks"), Merih Demiral ("Əl-Əhli"), Samet Akaydın ("Panatinaikos")

Yarımmüdafiəçi: Hakan Çalhanoğlu ("İnter"), İsmail Yüksek ("Fənərbaxça"), Kaan Ayhan ("Qalatasaray"), Okay Yokuşlu ("Vest Bromviç"), Orkun Kökçü ("Benfika"), Salih Özcan ("Borussiya Dortmund")

Hücumçular: İrfan Can Kahveci ("Fənərbaxça"), Yunus Akgün ("Lester Siti"), Kənan Yıldız ("Yuventus"), Kerem Aktürkoğlu, Barış Alper Yılmaz ("Qalatasaray"), Arda Güler ("Real Madrid"), Bertuğ Yıldırım ("Renn"), Cenk Tosun, Semih Kılıçsoy ("Beşiktaş"), Yusuf Yazıcı ("Lill").

Qeyd edək ki, Türkiyə turnirdə Gürcüstan, Portuqaliya və Çexiya ilə eyni qrupda mübarizə aparacaq.